"İnter"in 30 yaşlı yarımmüdafiəçisi Hakan Çalhanoğlu Milan klubu ilə bağlı istəyini açıqlayıb.
QÜTB.AZ xəbər verir ki, Hakan “Bavariya”dan təklif aldığını da bildirib.
“Mənim arzum “İnter”lə Çempionlar Liqasını qazanmaqdır. "Bavariya keçən yay məni heyətinə qatmaq istəyirdi, amma “yox” dedim, çünki karyeramı burada bitirmək istərdim", - “Corriere dello Sport” Çalhanoğlunun sözlərini sitat gətirib.
Türkiyəli futbolçu 2021-ci ilin yayında “Milan”dan "İnter"ə keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 153 matçda iştirak edib, 32 qol vurub, 26 məhsuldar ötürmə edib. Futbolçunun əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 40 milyon avrodur.