Macarıstanın baş naziri Viktor Orban iyulun 12-də Floridada ABŞ-ın keçmiş prezidenti Donald Trampla görüşüb.
Publika.az xəbər verir ki, siyasətçilər Ukraynada sülhün bərqərar olunması məsələlərini müzakirə edib.
“Bu gün Mar-a-Laqoda Prezident Donald Trampı ziyarət etmək şərəf idi. Biz sülhün bərqərar olması yollarını müzakirə etdik. Günün yaxşı xəbəri: o, bu problemi həll edəcək”, – Orban "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Tramp onun paylaşımına belə cavab verib: “Təşəkkür edirəm, Viktor. Sülh tezliklə gəlməlidir”.
Cəmilə