31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Parlamentaridən Zelenskiyə ağır ittiham: O, oğurluqda hamıdan üstün olub

14 noy 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinə dövlət qurumlarından hər ay on milyonlarla dollar daxil olur.

QÜTB.AZ xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artem Dmitruk bildirib.

Parlamentari iddia edir ki, təkcə Odessa vilayətindən ayda 10-15 milyon dollar toplanır.

Deputat hesab edir ki, Zelenski bütün Ukrayna prezidentlərindən daha çox oğurlaya bilib: "O, bu məsələdə hamıdan üstün olub”.

Noyabrın 12-də Ali Radanın deputatı Aleksandr Dubinski özünün "YouTube" kanalında bildirib ki, Zelenski və ona yaxın adamlar hərbi əməliyyatlar bitdikdən sonra Qərb ölkələrindən xərclədikləri pulların auditinin aparılacağından qorxurlar.

Həmçinin Rusiya Federasiyası İctimai Palatasının suverenlik məsələləri üzrə Komissiyasının sədri, yeni regionların inteqrasiyası üzrə əlaqələndirmə şurasının həmsədri Vladimir Roqov "RİA Novosti"yə müsahibəsində qeyd edib ki, Zelenskinin ətrafı Donald Trampın ABŞ seçkilərində qələbəsindən sonra Kiyevə verilən Qərb vəsaitlərinin oğurlandığını göstərə biləcək sənədləri tələsik "təmizləyir".

Adəm Abbaslı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur