Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Binə” ticarət mərkəzinin ərazisində yanğın olub.
Bu barədə QÜTB.AZ-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ticarət mərkəzinin ərazisində yerləşən ümumi sahəsi 400 kv.m. olan birmərtəbəli tikilinin içərisində quraşdırılmış transformatorda baş verdiyi müəyyən edilib.
"Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində tikilinin içərisində quraşdırılmış gücü 1.6 kVt olan transformatorun yağı və 4 ədəd qoruyucu açarı yanıb, transformator və tikili yanğından mühafizə olunub. Xəsarət alan yoxdur", - məlumatda qeyd olunub.