Amerikanın Santa Klara şəhərində (Kaliforniya) atışma nəticəsində bir nəfər ölüb.
Publika.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində şəhər polis idarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, polis atəş açılması ilə bağlı xəbərlərə reaksiya verib və şübhəli şəxsi saxlayıb.
Hazırda hadisənin səbəbləri aydınlaşdırılır, araşdırmalara başlanılıb.