ABŞ Dövlət Departamentinin mülki müşaviri yaxın aylarda Ermənistan Müdafiə Nazirliyində konsaltinq dəstəyinə başlamaq niyyətindədir.
Publika.az xəbər verir ki, bunu ABŞ səfirliyi “Azadlıq” radiosuna bildirib. Səfirlik aydınlaşdırıb ki, qlobal müdafiə islahatları proqramı üzrə məsləhətçi ABŞ Ordusu və ya Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilmir. Maliyyəni Dövlət Departamenti təmin edir və müşavir Ermənistanın müdafiə institutlarını gücləndirməyə kömək edəcək.
“ABŞ Dövlət Departamentinin Qlobal Müdafiə İslahatı Proqramı strateji səviyyəli məsləhət dəstəyi göstərməklə dünya üzrə tərəfdaş ölkələrə daha möhkəm, effektiv və hesabatlı təhlükəsizlik institutları qurmağa kömək edir”, - ABŞ-ın Ermənistandakı səfirliyi bildirib.
Yada salaq ki, bu yaxınlarda Hetq.am ilə söhbətində ABŞ dövlət katibinin müavini Uzra Zeya Ermənistanın Müdafiə Nazirliyində Amerika ordusunun nümayəndəsinin çalışacağı ilə bağlı qərarın verildiyi barədə məlumatı təsdiqləmişdi.
Tural