02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Fransa Rusiya jurnalistlərini Parisə buraxmadı – Casusluq qorxusu

21 iyl 2024 10:00
İDMAN
ads
Advertisement

Fransa hakimiyyəti casusluq və kiberhücumlardan qorunmaq üçün bir sıra rusiyalı jurnalistləri Olimpiadanı işıqlandırmaq üçün ölkəyə buraxmayıb.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin məlumat verib.

“Biz yüzdən az müraciəti rədd etdik, çünki onların Oyunlara müdaxilə etmək niyyətində olan xarici dövlətlərin casus agentləri və ya xəbərçiləri olduqlarından şübhələndik. Bu anketlərin əksəriyyəti Rusiya və Belarusiyadan, eləcə də bir sıra başqa ölkələrdən olub, onların siyahısını açıqlamayacam. Olimpiadanı işıqlandırdığını iddia edən çoxlu sayda “jurnalist”i qəbul etməkdən imtina etdik. Biz ehtiyat prinsipini tətbiq edirik. Çox güman ki, onlar terror aktları törətmirlər, lakin kəşfiyyat və ənənəvi casusluqdan əlavə kiberhücumlar həyata keçirmək üçün kompüter şəbəkələrinə çıxış əldə etmək mümkündür”, – deyə “Le Journal du Dimanche” Darmaninin sözlərini sitat gətirib.

Xatırladaq ki, BOK 15 Rusiya və 17 Belarus idmançısına 2024-cü il Olimpiya Oyunlarında fərdi neytral idmançı statusunda iştirak etməyə icazə verib. Oyunlar iyulun 26-dan avqustun 11-dək keçiriləcək.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur