26.07.25 | Bakı 27.03° C |
10:06:25
Lent :

Əməliyyat görüntüləri paylaşan baş həkimə XƏBƏRDARLIQ EDİLDİ 

24 iyl 2025 14:00
GÜNDƏM
ads
Advertisement

Son günlərdə sosial şəbəkələrdə və mediada tibb işçilərinin əməliyyat zamanı canlı yayımlar aparması və kənar şəxslərin çəkiliş etməsi faktları qeydə alınıb.

Qutb.az-ın məlumatına görə, Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, belə hallarla əlaqədar Mərkəz tərəfindən mövcud qanunvericilik çərçivəsində araşdırmalar aparılır və nəticələrə uyğun olaraq xəbərdarlıq və cərimə tədbirləri görülür.

Bildirilib ki, mediada yayılan məlumata əsasən, 23 iyul 2025-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi 4C ünvanında yerləşən “Health Group” MMC-yə (Medipoint klinikası) məxsus tibb müəssisəsində növbədənkənar (plandankənar) yoxlama həyata keçirilib.

Yoxlama zamanı müəyyən olunub ki, 07 iyul 2025-ci il tarixində pasiyentə qadın konsultasiyası çərçivəsində həkim Vüsalə Rəhimova tərəfindən endometriyanın kəsilməsi (ketçinq) və diaqnostik histeroskopiya əməliyyatı icra edilib. Ambulator müşahidə kartında və əməliyyatların qeydiyyat jurnalında əməliyyatla bağlı məlumatlar mövcuddur. Lakin histoloji müayinənin nəticələri əməliyyat jurnalında əks olunmayıb.

Eyni zamanda, yoxlama zamanı klinikada ekstrakorporal mayalanma (EKM) prosedurlarının aparılması üçün lazımi maddi-texniki bazanın olmadığı, yalnız hazırlıq mərhələsinin həyata keçirildiyi aşkar edilib. Həkim Vüsalə Rəhimova mama-ginekologiya ixtisası üzrə sertifikasiya imtahanından keçmiş olsa da, EKM ilə bağlı tələb olunan sənədlər yoxlama zamanı təqdim edilməyib.

Araşdırmanın nəticəsi olaraq, həkim Vüsalə Rəhimovaya klinikanın direktoru tərəfindən töhmət, baş həkim Aynur Cavadovaya isə rəsmi xəbərdarlıq elan olunub.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
27.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur