Şahzadə Uilyamın həyat yoldaşı Keyt Middltona xəyanət etdiyi iddia olunur.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, şahzadə Uilyamın Keyti Ledi Rouz Hanberi ilə aldatdığı, hətta cütlüyün boşanmaq istədikləri ilə bağlı dedi-qodular gündəmə gəlib.
Şahzadə Uilyamın uzun müddətdir Ledi Rouz Hanberi ilə Keyti aldatdığı və artıq münasibətlərini gizlətməyə ehtiyac duymadığı iddia edilib. Keytin boşanmanı ən qısa zamanda ictimaiyyətə çatdırmaq istədiyi və qarın əməliyyatının prosesi xilas etmək üçün ortaya atılan uydurma olduğuna dair də şayiələr var. Həmçinin “İndependent UK” xəbər agentliyində Ledi Rouz Hanberi haqqında geniş məqalə yayımlanıb. İddia olunur ki, bu məqalə İngiltərə krallığının sifarişi ilə yayımlanıb və o, əvvəlcə Ledi Rouzu xalqa sevdirmək məqsədi daşıyır.
Qeyd edək ki, Uels şahzadəsi Keyt Middlton yanvar ayında qarın boşluğundan müəmmalı əməliyyat keçirdiyindən bəri heç bir tədbirdə iştirak etmir. İngiltərədə Analar Günündə Kensinqton Sarayı Keytin uşaqları ilə fotosunu paylaşaraq onun yaxşı olduğunu vurğulamaq istəsə də, kadr böyük qalmaqala səbəb olub. Səbəb odur ki, fotoda onlarla montaj edilib və bunun həqiqəti əks etdirmədiyi məlum olub. "Associated Press" və "Reuters" kimi xəbər agentlikləri fotonun saxtalaşdırıldığını aşkar etdikləri üçün səhifələrdən silinib. Keyt isə bu qalmaqaldan sonra açıqlama yayaraq fotoşopu özü etdiyini vurğulayıb və insanlardan üzr istəyib.