Ukrayna Milli Qvardiyanın "Qaradağ" hücum briqadası Pokrovska yerləşdirilib.
QÜTB.AZ xəbər verir ki, bu barədə ABŞ-nin "Forbes" nəşri yazır.
Məlumata görə, bu yolla Kiyev şəhər ətrafında müdafiəni gücləndirməyə çalışır.
"Pokrovsk ətrafında Ukraynanın müdafiəsini gücləndirmək ümidi ilə Milli Qvardiya özünün bir neçə hücum briqadalarında birini - "Qaradağ"ı əraziyə yerləşdirib", - materialda deyilir.
Briqadanın sayı təxminən iki min nəfərdir.
Materialın müəllifi qeyd edib ki, Pokrovsk Ukrayna Silahlı Qüvvələrinin təchizat aldığı əsas logistika mərkəzidir.