“Real”ın hücumçusu Vinisius Junior növbəti dəfə irqçiliklə üzləşib.
Publika.az xəbər verir ki, o, bu dəfə “Xetafe” ilə səfər matçında təhqirlərə məruz qalıb. Meydan sahiblərinin azarkeşləri görüş başlmazdan əvvəl onun ünvanına xoş olmayan ifadələr səsləndiriblər.
“Xetafe” fanatları Vinisiusu meymun adlandırmağa başlayıblar. “Marca”nın məlumatına görə, bu, “Real”ın futbolçuları avtobusdan enərkən baş verib.
Qeyd edək ki, "Xetafe" - "Real" matçı qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Heybət