Cənubi Amerika futbolunda faciə baş verib.
Publika.az xəbər verir ki, kolumbiyalı qadın qolkiper Cessika Ramosun qəzada həlak olub. O, motosiklet sürərkən hadisə baş verib. Ramos qəza yerində vəfat edib. Polis faciənin səbəbini müəyyənləşdirməyə çalışır.
Futbolçu Palmirada anadan olub. Lakin bu yaxınlarda Kaliyə köçüb və orada qəza nəticəsində dünyasını dəyişib.
Qapıçı “Anxels Landelaria”ya keçməzdən əvvəl karyerasına doğma şəhəri “Deportivo Palmira”da başlayıb. Onun ən böyük arzusu Kolumbiya milli komandasına heyətində yer almaq olub.
“Cessica Ramos gülüşü ilə anlarımızı işıqlandıran inanılmaz və səxavətli qadın idi. Rahat yat”, – deyə “Anxels Kandelaria”nın rəsmi hesabları paylaşım edib.