29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Ədliyyə Nazirliyinə yeni səlahiyyət verildi

07 mar 2024 09:00
GÜNDƏM
ads
Advertisement

Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilməsi qaydasının hazırlanmasında Maliyyə Nazirliyi ilə yanaşı, Ədliyyə Nazirliyi də iştirak edəcək.

Publika.az xəbər verir ki, bu barədə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə Prezident İlham Əliyevin imzaladığı Fərmanda deyilir.

Sənədə əsasən, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanın 2.3-cü bəndinə “Maliyyə Nazirliyi” sözlərindən sonra “və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi” sözləri əlavə olunur.

Qeyd edək ki, qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Bu hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icra hakimiyyəti dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulurdu, dəyişikliklə Ədliyyə Nazirliyinə də bu səlahiyyət verilib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur