Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiyaya səfəri çərçivəsində Prezident Vladimir Putin tərəfindən qəbul zamanı, eyni zamanda, rusiyalı həmkarı Sergey Lavrov və digər rəsmilərlə görüşlərdə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Publika.az xəbər verir ki, bu barədə XİN başçısı jurnalistlərə açıqlamasında bildirib.
Hakan Fidan onu da qeyd edib ki, Türkiyə və Rusiya bir çox məsələlərdə, xüsusən Rusiya-Ukrayna müharibəsi, Suriya və Fələstindəki vəziyyətlə bağlı sıx təmaslar aparır.