Əli Əsədovun Nazirlər Kabinetinə rəhbərlik etməsi məntiqlidir.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Fazil Mustafa deyib.
O əlavə edib ki, pandemiya dönəmində Əli Əsədovun fəaliyyəti qənaətbəxş oldu: "Eyni zamanda çox böyük təcrübəyə malikdir. Ona görə də ölkə prezidentinin siyasətinin həyata keçirilməsi istiqamətində onun layiqli fəaliyyət göstərəcəyinə inanıram”.