“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemironun həyat yoldaşı Anna Mariana sosial şəbəkələrdə futbolçuya ünvanlanana tənqidlərə cavab verib.
QÜTB.AZ xəbər verir ki, 32 yaşlı braziliyalının həyat yoldaşı onun bütün mükafat və kuboklarının fotosunu sosial şəbəkələrdə paylaşıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının 3-cü turunun matçında “Mançester Yunayted” doğma meydanda “Liverpul”a uduzub – 0:3. “Mankunianlar” Kazemironun səhvlərindən sonra ilk hissədə 2 qol buraxıblar. Yarımmüdafiəçini fasilədə 20 yaşlı Tobi Kolyer əvəzləyib.