Böyük Britaniya hökuməti ölkədə birdəfəlik elektron siqaretlərin(vape) satışını qadağan edən qanun layihəsi təqdim edəcək.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunakın ofisinin bəyanatında deyilir.
Qeyd olunur ki, qadağa son iki ildə birdəfəlik elektron siqaretlərdən istifadə edən 11-17 yaşlı yeniyetmələrin sayının təxminən 9 dəfə artması səbəbindən tətbiq olunacaq. Hal-hazırda 11-15 yaşlı britaniyalıların 9%-i elektron siqaretlərdən istifadə edir.
Yeni qanun layihəsi yeniyetmələrin daha çox isitfadə etdiyi elektron cihazları daha az cəlbedici etmək üçün "vaping maye ləzzətləri"nə və məhsul qablaşdırmasına məhdudiyyətlər qoyacaq. Bundan əlavə, hökumətin təklifinə əsasən, elektron siqaretlər mağaza rəflərində qabarıq şəkildə nümayiş etdirilməyəcək.
Cəmilə