Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Publika.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
"Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Eyni zamanda bütün məlumat sürət tablolarında "sürüşkən yol" işarəsi qoyulub", - məlumatda diqqətə çatdırılıb.