Xəbər verdiyimiz kimi, Mingəçevirdə 37 yaşlı qadın keçmiş həyat yoldaşı tərəfindən amansızlıqla qətlə yetirilib.
Publika.az xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən Ceyhun Mirzəyevin bacısı Südabə Mirzəyeva “Unikal”a açıqlama verib. Onun sözlərinə görə qətlə yetirilən Aytən Məmmədova onun dayısı qızıdır:
“Onların birgə nigahından iki oğlu var. Biri hərbi xidmətini təzə başa vurub, digəri isə nitq qüsurlu əlil uşaqdır”.
Mirzəyeva bildirib ki, qardaşı ilə xanımı çoxdan boşanıb:
“Hadisəni törətməkdə şübhəli bilinən şəxs əvvəllər də məhkum olunub. Ailə boşandığı üçün ayrı ünvanlarda yaşayıblar.”
xxx
Mingəçevirdə 37 yaşlı qadının qətlinin bəzi təfərrüatları məlum olub.
Publika.az xəbər verir ki, Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü Aytən Sərvan qızı Məmmədova münaqişə zəminində bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib.
Onu qətlə yetirməkdə şübhəli bilinən isə mərhumun keçmiş həyat yoldaşıdır.
Qeyd edək ki, onların iki övladı var və hadisədə şübhəli bilinən şəxs öncələr məhkumluq həyatı yaşayıb.
Artıq cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş əri, 1979-cu il təvəllüdlü Mirzəyev Ceyhun Ömər oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
xxx
18:12
Martın 10-da saat 17:30 radələrində Mingəçevir şəhərində yerləşən evlərin birində 1987-ci il təvəllüdlü Məmmədova Aytən Sərvan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Publika.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.