"Barselona"nın idarə heyəti komandanın baş məşqçisi Xavi ilə bağlı tələsik qərarlar verməyəcək
Publika.az xəbər verir ki, İspaniya superkubokunun ardınca komandanın ölkə kubokunda da uğursuz olması gənc mütəxəssisin qovulacağı ilə bağlı kütləvi xəbərlərin və iddiaların yayılmasına səbəb olub. Azarkeşlər də Xavidən razı deyillər. Ancaq rəhbərlik təzyiqlər qarşısında tələsik qərar vermək istəmir.
Çünki "Barsa" hələ 2 cəbhədə mübarizəsini davam etdirir. Komanda mövsümün qalan hissəsində Çempionlar Liqasında və La Liqada mübarizə aparacaq. Xavinin qarşısına La Liqada çempionluq titulunu qorumaq və ÇL-də mümkün qədər yaxşı nəticə əldə etmək tapşırığı qoyulub. Buna görə hazırda istefası müzakirə edilmir
"Barselona"nın prezidenti Xuan Laporta Xavinin komandadakı çətin vəziyyətin öhdəsindən gələcəyinə inanır. Onun qovulması məsələsi mövsümün sonuna qədər qaldırılmayacaq.
Xatırladaq ki, “Barselona” La Liqada ikinci pillədəki “Real”dan 7, lider "Jirona"dan isə 8 xal geri qalaraq üçüncü pillədə qərarlaşıb.
Heybət