“Bayern”in hücumçusu Harri Keyn Avropa liqalarının bombardiri kimi “Qızıl buts” mükafatı alacaq.
Publika.az xəbər verir ki, ingilis futbolçu Bundesliqadakı ilk mövsümünü 36 qolla başa vuraraq, 72 xal toplayıb.
Keynin ən yaxın izləyicisi “Ştutqart”ın hücumçusu Seru Quirassi (28 qol) olub. Üçüncü sırada PSJ-dən ayrılan Kilian Mbappe (27) qərarlaşıb.
Heybət