"Benyamin Netanyahu yəhudi tarixinə “ən pis lider” kimi düşəcək".
Publika.az xəbər verir ki, bunu “New York Times” qəzetinin yazarı Tomas Fridman "Haaretz" nəşrinə müsahibəsində bildirib.
O, Netanyahunun başçılıq etdiyi İsrail hökumətini Qəzza zolağına qarşı müharibəni idarə edə bilmədiyi üçün tənqid edib:
“Netanyahu təkcə İsrailin deyil, həm də yəhudi tarixinin ən pis lideridir. Təl-Əviv rəhbərliyi Qəzza zolağındakı müharibənin nəticələri ilə bağlı heç bir plan qurmayıb. İsrail Fələstin rəhbərliyi ilə razılaşaraq həm Qəzza ilə bağlı variantlarını dəyişə, həm də ərəb müttəfiqləri ilə regional ittifaqlarını gücləndirə biləcək”.
Fridman İsrailin Qəzza zolağına davam edən hücumlarını İkinci Dünya müharibəsi kimi xarakterizə edib:
“Ukrayna müharibəsi başlayanda dedim ki, bu, Birinci Dünya müharibəsidir. Bu hadisə qlobal xarakter daşımırdı. Ona görə də Birinci Dünya savaşı Ukrayna müharibəsi oldu. Çünki insanların bu müharibəni izləmək imkanı var idi. Bu müharibənin kənd təsərrüfatına təsiri dərhal göründü. Həmçinin ərzaq qiymətlərinə də təsir etdi. Əsl dünya müharibəsi idi. Amerikalılar keçmiş prezident Donald Trampı yenidən seçməməli, israillilər isə Netanyahunu devirməlidirlər. Netanyahu bu müharibədən sağ çıxsa və Tramp yenidən seçilsə, bu artıq istədiyimiz dünya olmayacaq”.
Aysel Şahmar