"SpaceX", "Voyager Space" və "Airbus" ilə birlikdə bir Starship raketindən istifadə edərək Starlab adlı xüsusi kosmik stansiyanı orbitə çıxarmaq üçün birləşib.
Publika.az xəbər verir ki, şirkətlər hələ təxmini buraxılış tarixini açıqlamayıblar. "Space" iddia edir ki, NASA Beynəlxalq Kosmik Stansiyanı (BKS) istismardan çıxarmağı planlaşdırdığı 2030-cu ildən əvvəl öz stansiyasını yerdən çıxaracağına əmindir.
“Voyager Space”in baş direktoru Dilan Taylor bu barədə deyib:
“SpaceX"in uğur və etibarlılıq təcrübəsi komandamızı "Starlab" orbitinə daxil olmaq üçün "Starship"i seçməyə vadar etdi".
"SpaceX" hələ ki, meqa buraxılış platformasının həyat qabiliyyətini sübut edə bilməyib və indiyə qədər onun iki orbital buraxılış cəhdi böyük partlayışlarla nəticələnib.
Üçüncü uçuş sınağı bu ilin sonunda planlaşdırılır.
Roza Şəfiyeva