Avropa İttifaqı (Aİ) ölkələrində Ukraynanın 60 mindən çox əsgəri təlim keçib.
QÜTB.AZ xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi yanında Hərbi Nəşriyyat İnstitutu məlumat yayıb.
“Aİ-nin Ukraynaya Hərbi Yardım Missiyası artıq iki ildir həyata keçirilir və artıq 60 mindən çox ukraynalı əsgər təlim keçib. Demək olar, bunların dörddə biri Polşada təlim keçib”, - məlumatda deyilir.
Məlumata görə, Polşada onlar zirehli tank və mexanikləşdirilmiş tank, artilleriya, zenit, mühəndislik kimi müxtəlif hərbi ixtisaslar üzrə xüsusi bilik və bacarıqlara yiyələnmək imkanı əldə edirlər.