Milli Məclisin sabiq deputatı Mirkazım Kazımov dəfn olunub.
Publika.az xəbər verir ki, onun cənazəsi Hasıllı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.
xxx
Milli Məclisin sabiq deputatı Mirkazım Kazımov vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıb.
Bildirilib ki, M.Kazımov doğulduğu Cəlilabad rayonunun Hasıllı kəndində dəfn ediləcək.
Qeyd edək ki, Milli Məclisin ikinci çağırış deputatlarından olan M.Kazımov 1950-ci ildə Cəlilabad rayonunda anadan olub. Uzun illər YAP-da müxtəlif vəzifələr tutan M.Kazımov, həm də “Qasid” ASC-nin sədri olub.