"WhoScored" portalı ötən gün başa çatan Amerika kubokunun simvolik komandasını açıqlayıb.
Publika.az xəbər verir ki, müvafiq mövqelərində ən yüksək orta xal toplayan oyunçular siyahıya daxil edilib. "11-lik"də ən yüksək göstərici kolumbiyalı Xames Rodriqesə məxsus olub - 7,93 bal.
Argentina millisi ilə turnirin qalibi olan Lionel Messi də simvolik komandada yer alıb. Heyətdə onun 2 həmyerlisi də var.
Amerika kuboku-2024-ün simvolik komandası:
Qapıçı - Rafael Romo (Venesuela, 7,6);
Müdafiəçilər - Daniel Munyos (Kolumbiya, 7,22), Kristian Romero (Argentina, 7,46), Ronald Arauxo (Uruqvay, 7,38), Pyero İnkapi (Ekvador, 7,15);
Yarımmüdafiəçilər - Xames Rodriqes (Kolumbiya, 7,93), Federiko Valverde (Uruqvay, 7,45), Moises Kaysedo (Ekvador, 7,57), Aleksis Makallister (Argentina, 7,27);
Hücumçular - Lionel Messi (Argentina, 7,42), Salomon Rondon (Venesuela, 7,91).
Heybət