04.06.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

Humanitar yardım məntəqəsində onlarla fələstinli öldürüldü

01 iyn 2025 16:00
DÜNYA
ads
Advertisement

İsrail hərbçilərinin Qəzza zolağında humanitar yardımın paylanılması məntəqəsini atəşə tutması nəticəsində 31 fələstinli həlak olub, daha 170 nəfər yaralanıb.

 

Qutb.az xəbər verir ki, bu barədə səhiyyə rəsmiləri və çoxsaylı şahidlərə istinadən "Associated Press" agentliyi məlumat yayıb.

 

Məlumata görə, iyunun 1-də səhər saatlarında İsrailin hərbi qüvvələri Rəfahın qərbindəki əl-Məvasi bölgəsində yemək üçün gedən yüzlərlə insana zirehli texnikadan birbaşa atəş açıb.

 

Öz növbəsində, Fələstinin WAFA agentliyi 30 insanın öldüyünü və 115-dən çox yaralının olduğunu bildirib.

 

Agentliyin məlumatına görə, İsrailin 2023-cü ilin oktyabr ayından Qəzza zolağında davam etdirdiyi əməliyyatlar nəticəsində azı 54 381 nəfər ölüb, 124 381 nəfərdən çox insan yaralanıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur