02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Keçmiş arvadına zəng etməsi qadağan olundu

01 fev 2024 16:00
GÜNDƏM
ads

Sumqayıtda küçədə keçmiş arvadı Günel Qurbanovanı (ad-soyad şərtidir) döyən Ənvər Mehdiyevin (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinin hökmünə əsasən, Ə.Mehdiyevin azadlığı 5 ay 26 gün müddətinə məhdudlaşdırılıb.

Məsələ burasındadır ki, cütlüyün nikahı pozulsa da, Günel bir müddət keçmiş ərinə məxsus evdə qalıb, daha sonra bacısıgilə köçüb. Bu müddətdə Ənvər hər axşam Güneli işdən götürüb evə aparıb. Ötən il hadisə baş verəndə isə, Günel evə avtobusla gedib və Ənvər bundan əsəbiləşib, bundan başqa, boşanmalarına baxmayaraq, qadının şəxsi həyatına müdaxilə edilib. Nəticədə yaranan mübahisə zamanı kişi qadını küçədə döyüb.

Qadın məhkəmədən keçmiş ərinin bu davranışlarına qadağa qoyulmasını xahiş edib.

Nəticədə Ənvərin Günelə, həmçinin yaşadığı evə 50 metr məsafədə yaxınlaşması, onunla hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlaması və ünsiyyətə girməsi qadağan edilib. ("Qafqazinfo")


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur