Xəbər verdiyimiz kimi, fevralın 24-nə keçən gecə Göygöldə 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələn ağır yol qəzası baş verib.
Publika.az-ın əldə etdiyi məlumata görə, ağır qəzada həlak olan 43 yaşlı Duman İman oğlu Abdullayev şəhid qardaşı imiş. Belə ki, onun qardaşı Elxan Abdullayev 2004-cü ildə cəbhədə erməni təxribatının qarşısının alınması zamanı qəhrəmancasına həlak olub. Şəhidin taksi fəaliyyəti göstərən qardaşı Duman yaşadığı Şəmkir rayonunun Mahmudlu kəndindən sərnişinləri götürüb Bakıya gedərkən onun qarşısına qəfil yük maşını çıxıb. Nəticədə ağır qəza baş verib.
Qeyd edək ki, “Mercedes Vito” markalı mirkoavtobusla “QAZ “ markalı yük maşını toqquşması zamanı 1981-ci il təvəllüdlü Duman Abdullayev hadisə yerində ölüb. Xəsarət alanlar isə Şəmkir rayonun Mahmudlu kənd sakinləri 1985-ci il təvəllüldü Vüsal Babayev, 1965-ci il təvəllüdlü Xalidə İsayeva, 1972-ci il təvəllüdlü Xudayar Musayev, 1993-cü il təvəllüdlü Anar Qasımov və 2004-cü il təvəllüdlü Elşanə Musalıdır.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Turqut Seyidov