01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Makron müdafiə nazirini İrəvana göndərdi

23 fev 2024 05:00
GÜNDƏM
ads

Fransa Silahlı Qüvvələrinin naziri Sebastyan Lekornun başçılıq etdiyi nümayəndə heyəti İrəvana gəlib.

Publika.az xəbər verir ki, bu barədə Erməmənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“Zvartnots” Beynəlxalq Hava Limanında onu Ermənistan Respublikası müdafiə nazirinin müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan qarşılayıb.

Lekornev Ermənistanın müdafiə naziri Suren Papikyanın dəvəti ilə Ermənistana iki günlük rəsmi səfərə gəlib.

Bundan əvvəl bildirilmişdi ki, bu, Fransa Silahlı Qüvvələri nazirinin Ermənistana ilk səfəridir.

"Fransa və Ermənistan arasında tarixən dostluq münasibətləri var, lakin müdafiə sahəsində əlaqələr ikitərəfli münasibətlərin intensivliyi səviyyəsində olmayıb", - Fransa Müdafiə Nazirliyi bildirib.

Fransanın “Le Figaro” qəzeti xatırladıb ki, 2023-cü ildə Oktyabr ayında Fransa və Ermənistan hava hücumundan müdafiə ilə bağlı niyyət memorandumu imzalayıblar, o cümlədən "Thales" şirkətindən təyyarələri 250 kilometr məsafədən aşkar etməyə imkan verəcək üç "Ground Master" (GM200) radarının alınmasına dair müqavilə də var.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur