ABŞ prezidenti Co Bayden vəzifəsindən getməzdən əvvəl Rusiyaya qarşı nüvə arsenalından istifadə edə bilər.
Publika.az “lenta.ru”ya istinadən xəbər verir ki, bu fərziyyə alman əsilli fin iş adamı və ən böyük fayl hostinq xidməti "Megaupload"un keçmiş sahibi Kim Dotcom tərəfindən irəli sürülüb.
O qeyd edib ki, Baydenin prezidentlik müddəti başa çatana qədər, yəni 2025-ci ilin yanvarınadək bütün nüvə silahlarının buraxılış kodlarına çıxışı var:
“Bayden çox hirslidir. Çünki partiyası ona xəyanət etdi, media onu aşağıladı, sponsorları onu tərk etdi, bütün dünya ona gülür. O, müharibə dövründə prezident olmaq istəyirdi. Rusiya üzərində qələbə onun mirası olmalı idi. Bayden uğursuz prezident oldu və bu səbəbdən də bir partlayışla postunu tərk edə bilər”.
Vazeh BƏHRAMOĞLU