"Pluton dolça bürcünə keçib. Plutonun dolçaya keçməsi çox böyük və bütün dünyanın gedişatına təsir edən astroloji göy hərəkətidir".
Publika.az xəbər verir ki, bunu astroloq Rəşad Hacıyev bildirib.
“Belə ki, bu hadisə, dünyanın və bütün generesiyanın transformasiyası mənasına gəlir. Bu keçidin təsirini 2024-cü ilin 21 yanvarından 1 sentyabra qədər görəcəyik. Bunun nəticəsində cəmiyyətdə köklü dərin dəyişmə baş verəcək. Çox böyük ehtimalla bu dövrdə süni intellekt məsələləri gündəmdə olacaq”.
Astroloq bildirib ki, həmçinin siyasətçilər, liderlər, dünyanı idarə edən şəxslərlə bağlı ciddi dəyişikliklər olacaq:
“Plutonun Dolçaya keçməsi Dolça, Şir, Buğa, Əqrəb bürclərinin həyatının transformasiyasına səbəb olacaq. Əkizlər Tərəzi, Qoç və Oxatan bürcləri üçün müsbət irəliləyişlər baş verəcək.
Rəşad Hacıyev son olaraq əlavə edib ki, bu dövrdə dünya iqtisadiyyatı və siyasi proseslərdə də köklü dəyişikliklər olacaq. /sfera.az