İranın Əlborz əyalətində zavodda yanğın baş verib, azı 24 nəfər xəsarət alıb.
Publika.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Bildirilib ki, yanğına qaz məhlulunun partlaması səbəb olub.
Zərərçəkənlərin yerləşdirildiyi tibb mərkəzinin rəhbəri bəzi yaralıların vəziyyətini ağır qiymətləndirib.
Yanğın lokallaşdırılıb.