“Tamstore” marketlər şəbəkəsi bu dəfə Ağdaş sakinlərinə tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə xidmət göstərmək üçün 3 may 2024-cü il tarixindən fəaliyyətə
başlayacaq.
Rəsmi açılış mərasiminə özəl üç gün ərzində 100 məhsulda tam 50% endirim kampaniyası və
eyni zamanda 500 məhsulda müxtəlif endirimlər daimi təqdim ediləcək.
Eyni zamanda mağaza açılışı ilə əlaqədar musiqi qrupu, DJ, müxtəlif personajlar, uşaqlar üçün
“face art” və s. olacaq.
“Tamstore” marketlər şəbəkəsi tam uyğun qiymət, tam təzə məhsul, tam xidmət və tam
keyfiyyət fəlsəfəsi ilə müştərilərinə 24 saat fasiləsiz xidmət göstərir. Marketlər şəbəkəsi 2024-cü
ildə Bakı şəhəri və Azərbaycanın digər rayonlarında 50-dən çox marketin açılışını planlaşdırıb.
Marketlər şəbəkəsi üç - “mini”, “city” və “super” formatlarında fəaliyyət göstərir.