29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

DJ Turalın həyat yoldaşı: "Qızımın evlənmədən yaxınlıq etməsinə razıyam"

15 mar 2024 16:00
GÜNDƏM
ads

“Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.

Publika.az xəbər verir ki, verilişin budəfəki sayının qonağı teleaparıcı, bloger Səma Abiyeva olub. Son illərdə çox dəyişdiyini deyən bloger qeyd edib ki, valideynləri onun bu halını qəbul edə bilmir:

“Valideynlərimin böyük övladı olmuşam. Oğul olmayan ailədə böyük bacı idim. Bir müddətdən sonra başa düşdüm ki, mən ailənin həm böyük övladı, həm də oğluyam. Etirazlarım, üsyanlarım valideynlərimə qəribə gəlirdi. 35 yaşında olan Səmanı tanıya bilmirdilər. Deyirdilər ki, niyə belə rahat geyinirsən, yaxud niyə filan mövzulardan danışırsan?”.

Teleaparıcı həyatının dönüş nöqtəsi hesab etdiyi hadisədən də bəhs edib:

“2010-cu ildə çox ağır bir hadisə yaşadım. Üzüm iflic olmuşdu. Başa düşdüm ki, mənasız yerə fədakarlıq edirəm. Fikirləşdim ki, mənim xəyalım olan, uşaqlıqdan arzusunda olduğum jurnalistlik işini görə bilməyəcəyəm. Bir ay müddətində müalicə olundum və heç kimə demədən dərman şirkətində işə başladım”.

S.Abiyeva qadınla kişinin evlənmədən yaxınlıq etməsinə münasibətinin normal olduğunu deyib:

“Bəzən yazırlar ki, qızının ailə qurmadan kiminləsə yaxınlığı olmasına razı olarsan? Bəli, düzgün seçim etmək, həm də özünü tanımaq üçün bu olmalıdır. Sabah “geri yolum yoxdur, kəfənlə qayıda bilərəm” fikrinə düşməməlidir. Onda xoşbəxt olacaq. İstəməsə, heç vaxt evlənməsin. Mən nənə olum deyə övladlarım valideyn olmalı deyil”.

Ətraflı videoda:


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur