Xanəndə Kamilə Nəbiyeva "Instagram" hesabının hekayə bölməsində paylaşdığı foto ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, sözügedən fotoda bir bəyin Nəbiyevanın əlini tutduğu, Kamilənin qoluna isə sistem qoşulduğu əks olunub.
O, fotoya "Günün sonu. Sən həyatıma göndərilən ən böyük mükafatsan" şərhini yazıb.
Bunun ardınca muğam ifaçısının yeni eşq yaşamağa başladığı ehtimal olunub.
Qeyd edək ki, Kamilə bir neçə il öncə nişanlanmış, lakin qısa müddət sonra ayrılmışdı.