ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdi ilə bağlı insidentdən sonra yeni parlamentin sessiyasının açılış mərasimində Böyük Britaniya kralı III Çarlzın təhlükəsizliyi gücləndiriləcək.
Publika.az xəbər verir ki, bu barədə “Evening Standard” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, bazar ertəsi parlament binası yaxınlığında şlaqbaumlar çəkilməyə başlayıb. Çərşənbə günü monarxın təhlükəsizliyini təmin etmək üçün yüzlərlə polis məmurunun “Whitehall” Hökumət Yolu və yaxınlıqdakı küçələri mühafizə edəcəyi gözlənilir. Qəzet yazır ki, snayperlər binaların damlarına yerləşdiriləcək.
Donald Tramp atışma səbəbilə şənbə günü Pensilvaniya ştatında ictimaiyyət qarşısında çıxışını dayandırıb. Videoda siyasətçinin qulağının qan içində mühafizə tərəfindən necə aparıldığı əks olunub. Tramp daha sonra qulağından vurulduğunu və çoxlu qan itirdiyini bildirib. ABŞ Məxfi Xidməti səhnəyə doğru bir neçə dəfə atəş açan şübhəlini öldürdüyünü açıqlayıb. Atışma zamanı bir tamaşaçı həlak olub, iki nəfər isə ağır yaralanıb.
FTB daha sonra Trampa qarşı sui-qəsd cəhdinin edildiyini açıqladı. Yerli mətbuatın məlumatına görə, şübhəli şəxs aksiyanın keçirildiyi ştatın Pensilvaniya ştatından olan 20 yaşlı Tomas Metyu Kruksdur. Onun səhnədən təxminən 100 metr aralıda istehsalat binasının damında gizləndiyi bildirilir.
Akqabay