Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxsa, Vaşinqton Şərqlə Qərb arasında qlobal münaqişə yaratmaq üçün yeni platforma əldə edəcək.
Publika.az xəbər verir ki, bu sözləri erməni politoloq Arman Abovyan bildirib.
“Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktor müavini David Cohenin bu yaxınlarda Ermənistana səfər etdiyini xatırlamaq kifayətdir. Demək olar ki, hər həftə Avropadan müxtəlif funksionerlər Ermənistana gəlirlər”, - Abovyan qeyd edib.
Onun sözlərinə görə, ABŞ respublikada siyasi proseslərə təsir edir, Avrasiya vektorunu zəiflətməyə, Rusiya və İranı geosiyasi mənzərədən sıxışdırıb çıxarmağa çalışır.
Eyni zamanda, amerikalılar KTMT-yə alternativ kimi Ermənistanla “strateji tərəfdaşlıq” təqdim edirlər və Ermənistan hakimiyyəti konsepsiyaların bu cür dəyişdirilməsi ilə razılaşır və təşkilatda iştirakını tədricən azaldır. Abovyanın fikrincə, Qərbin respublikaya təsiri o qədər göz qabağındadır ki, rəsmi İrəvan bunun əksini sübut etməyə belə risk etmir.
“Ermənistan hakimiyyəti Qərblə Şərq arasındakı münaqişəni öz evinə gətirdi. Bunun kimə sərfəli olacağını deyə bilmərəm, amma təbii ki, Ermənistan Respublikası uduzacaq”, - deyə o, əlavə edib.
Ekspert hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın legitimliyi onun reytinqinin aşağı düşməsi fonunda sürətlə aşağı düşür.
Yada salaq ki, iyunun 12-də parlamentdə çıxış edən Nikol Paşinyan Ermənistanın KTMT-dən çıxacağını bildirsə də, hələlik dəqiq tarix müəyyənləşməyib.
Akqabay