"ABŞ öz ölkəsində antisemitizmin artmasına baxsın və başqa ölkələrə mühazirə oxumasın".
Publika.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Szijarto İsrail parlamentinin spikeri Əmir Ohan ilə görüşündə səsləndirib.
Szijarto ABŞ Dövlət Departamentini başqalarına mühazirə oxumamağa və xaricdə hüquq və azadlıqlarla bağlı hesabatlar hazırlamağa çağırıb.
O qeyd edib ki, İsraillə Fələstinin HƏMAS hərəkatı arasında qarşıdurma başlayandan sonra antisemitizm hadisələrinin sayı təkcə Qərbi Avropada deyil, ABŞ-da da xeyli artıb.
“ABŞ-da 300 faiz artım qeydə aldı. Ümid edirəm ki, bundan sonra Dövlət Departamenti digər ölkələrdə dini azadlıqlarla bağlı mesajlar verməyi dayandıracaq”, - deyə diplomat bildirib.
O, Macarıstanı yəhudi icmaları üçün Avropanın ən təhlükəsiz yeri adlandırıb və İsrailə davamlı dəstək vəd edib.
Cəmilə