Son 24 saat ərzində Rusiya qırıcı təyyarələri Deyr əz-Zor əyalətində suriyalı terrorçuların iki bazasına hücum edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” Suriyada Döyüşən Tərəflərin Barışıq Mərkəzinin (CPVS) rəis müavini, birinci dərəcəli kapitan Oleq İqnasyuka istinadən məlumat yayıb.
“Rusiya Aerokosmik Qüvvələri Əl-Tanf zonasını tərk edərək Deyr-əz-Zor əyalətinin çətin əldə edilən ərazilərində gizlənən yaraqlıların iki müəyyən edilmiş bazasına hücum edib”, - deyə hərbçilər bildirib.
Hüseyn İbadlı