02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Ukraynanı neçə milyon insan tərk edib? - BMT açıqladı

26 yan 2024 10:00
GÜNDƏM
ads

On milyona yaxın ukraynalı döyüşlər səbəbindən evlərini tərk edib. Onlardan 6,3 milyona yaxını xaricə gedib, daha 3,7 milyonu isə ölkənin digər regionlarına köçüb.

Publika.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi məlumat verib.

O qeyd edib ki, onların adi yaşayış yerlərinə qayıtmaq üçün heç bir kütləvi hərəkət yoxdur.

"Biz çətin müharibə vəziyyətinin ortasına qayıtmağın asan olmayacağından narahatıq".

Qrandi qaçqınları “həyatlarını bərpa etmək”, iş tapmaq və evlərini təmir etmək üçün yardıma çağırıb. Beynəlxalq təşkilatın nümayəndəsinin sözlərinə görə, qaçqınlar agentliyi 27,5 mindən çox evin bərpasına kömək edib.

BMT-nin məlumatına görə, ukraynalı qaçqınların 47 faizi qadınlar, 33 faizi isə uşaqlardır.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur