Azərbaycanda mandatlı seçki dairələri üzrə deputatlığa namizədliyin irəli sürülməsi prosesi başlayıb.
Publika.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova qurumun iyunun 29-da keçirilən iclasında deyib.
Onun sözlərinə görə, seçkilərin təyin olunması ilə bağlı dövlət başçısının rəsmi sərəncamı dərc olunduqdan sonra namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması haqqında qərarın qəbul edilməsi üçün sənədlər müvafiq dairə seçki komissiyasına təqdim edilir:
"DSK-lar isə həmin sənədlərə beş gün müddətində baxaraq müvafiq qərarlar qəbul edirlər".