Müğənni Günel Ələkbərova elm və təhsil naziri Emin Əmrullayevə müraciət edib.
Publika.az xəbər verir ki, sənətçi son günlər uşaqlar arasında yayılan xəstəliklərə görə qızı üçün narahat olduğunu deyib. Günel bildirib ki, dərslər onlayn sistemə keçsin:
“Uşaqlar arasında qızılca, qrip, göy öskürək, sarılıq yayılıb. Bəzən ölümlə nəticələnir. Bir ana kimi elm və təhsil naziri Emin Əmrullayevə müraciət edirəm. Dərslər onlayn sistemə keçirilsin”.