Kamçatkanın səhiyyə naziri Aleksandr Qaşkov Naçiki qəsəbəsindən Bolşeretska gedən yolda qəza törədib.
Publika.az xəbər verir ki, bu barədə regional hökumət məlumat yayıb.
Qaşkov da daxil olmaqla yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər rayon xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Nazirin qabırğaları və çanaq sümüyü sınıb.
Maşınlardan birində, qeyd edildiyi kimi, Qaşkovla yanaşı Səhiyyənin İnkişafı Departamentinin rəis müavini Denis Fedotov da olub. O və sürücüsü yüngül xəsarətlər alıb.
İlkin məlumata görə, qəzaya səbəb avtomobilin qarşı zolağa çıxması olub. Qəza yerinə yol polisi çağırılıb.
Qaşkov və Fedotov yerli sakinlərin dərman preparatları ilə təminatı ilə bağlı məsələləri həll etmək üçün Ust-Bolşeretski vilayətində ezamiyyətdə olublar.
Adəm