Məşhur türkiyəli aktrisa Serenay Sarıkaya menecer Ayşe Barımla bağlı sosial şəbəkələrdə yayılan iddialarla əlaqədar istintaq çərçivəsində şahid qismində ifadə verib.
QÜTB.AZ xəbər verir ki, Ayşe Barımın ictimai sektorda monopoliya ilə məşğul olduğu ilə bağlı bir çox iddialar var. Öz agentliyində çalışan məşhur adları hər cəhətdən idarə etdiyi deyilən Barımın digər aktyorların yolunu kəsdiyi də bildirilib. Bu iddialardan sonra başladılan istintaqda Ayşe Barıma ölkədən çıxış qadağası qoyulub.
Mert Demirlə sevgili olan Serenay Sarıkaya Ayşe Barım vasitəsilə bir iş adamından 5 milyon dollar aldığı qeyd olunub. Buna görə aktrisa bu gün şahid qismində ifadə vermək üçün İstanbul Ədliyyə Sarayına gedib. Sarıkaya ədliyyə binasının girişində jurnalistlərin "5 milyon dollar aldığınız doğrudurmu?" sualına gülərək cavab verib.
“Hər şey qaydasındadır, şükür Allaha heç bir problem yoxdur. Haqqımızda yazılanlar yalan və böhtandır. Hazırda araşdırma aparıldığı üçün başqa heç nə deyə bilmərəm. Bu günə var gücümlə özüm gəlmişəm. İndi olanlar gözdən salmaq cəhdidir, amma eybi yoxdur. Həqiqət artıq çox aydındır. Ona görə də ifadəmizi verdik”, - deyə aktrisa əlavə edib.
Qeyd edək ki, Sarıkaya Təlimat Bürosunda vəkili ilə təxminən 30 dəqiqə ifadə verib.
Aysel Şahmar