Dənizdə hakimiyyət uğrunda mübarizə həmişə bəşəriyyətə ancaq fəlakətlər gətirib.
Publika.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədr müavini Çjan Yuxia deyib.
“Tarix dəfələrlə göstərdi ki, okeana nəzarət uğrunda mübarizə bəşəriyyətə fəlakət gətirdi, lakin okeandan dinc məqsədlərlə istifadə bəşəriyyətin inkişafına töhfə verdi. Okeanlar ölkələrin öz güclərini nümayiş etdirmələri və gəmi diplomatiyasını həyata keçirmələri üçün arena olmamalı, bütün tərəflərin dinc yanaşı yaşaması və ümumi maraqların möhkəmlənməsi üçün böyük səhnəyə çevrilməlidir”, - Yuxia bildirib.
O qeyd edib ki, qlobal okean idarəçiliyi hazırda bir çox yeni imkanlar və çağırışlarla üzləşir: “Biz okeanların təhlükəsizliyini və inkişafını birgə dəstəkləmək üçün onları əl-ələ verib həll etmək üçün birləşməli və əməkdaşlıq etməliyik”.
Akqabay