Masallıda qız qaçıran Goranboy sakini həbs edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, Goranboy rayon Düzqışlaq kəndində yaşayan 2001-ci il təvəllüdlü Vüqar Quliyev mayın 30-da saxlanılıb.
Goranboy Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilib və 1 il həbs cəzası təyin edib. Vüqar məhkəmə zalında həbs edilib.
Araşdırmalar zamanı məlum olub ki, Vüqar Quliyev İnstaqram sosial şəbəkəsində Masallı rayonu Təzə Alvadı kənd sakini olan 15 yaşlı qızla tanış olub. Daha sonra Vüqar bacısını da götürərək taksi ilə Goranboydan Masallıya gedib və yeniyetmə qızı qaçırıb. Onlar birgə Vüqarın Goranboyda yaşadığı evə gəliblər və ər-arvad kimi yaşamağa başlayıblar.
Yeniyetmə qızın valideynlərinin polisə şikayət etməsindən sonra onlar tapılıb və 23 yaşlı Vüqara cinayət işi açılıb. Onun yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olması da müəyyən edilib.
Turqut Seyidov