Azərbaycan xüsusi təyinatlılarının təlimindən yeni görüntülər - VİDEO
Ermənilərin daha iki texnikası və bir postu sıradan çıxarıldı - VİDEO
Müəllim kimi təqdim edilən müğənni sertifikasiyadan kəsilibmiş - RƏSMİ
Sosial şəbəkələrdə "gənc müğənni" kimi təqdim edilən İsmət Səfərovun Lənkəran rayon Şıxakəran kənd tam orta məktəbinin müəllimi olması ilə bağlı məlumatlar yayılıb. Onun müəllim adına uyğun olmayan hərəkətləri qəzəblə qarşılanıb.
MODERN.AZ-a mövzu ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, Səfərov Qismət Sərraf oğlu hazırda Lənkəran rayonu N.Həsənov adına Şıxakəran kənd tam orta ümumtəhsil məktəbində müəllim kimi fəaliyyət göstərmir.
Qeyd edilib ki, O, 2024-cü ildə öz ixtisası üzrə təhsilverənlərin təkrar sertifikasiya imtahanında iştirak edib, lakin uğur qazanmayıb. Bu səbəbdən ötən il müqaviləsinə xitam verilib.