Yanvarın 17-si axşam saatlarından etibarən Ermənistanın bütün əsas şəbəkə yanacaqdoldurma məntəqələrində benzinin qiyməti eyni vaxtda və eyni məbləğdə ucuzlaşıb.
“Ermənistan bazarında benzinin qiymətinin ucuzlaşması əsasən Rusiyadan neft məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və ilin əvvəlində Ermənistana benzinin yeni partiyasının idxalı ilə bağlıdır”,
Publika.az xəbər verir ki, bunu siyasi-iqtisad elmləri doktoru Vahe Davtyan “Sputnik Ermənistan”a müsahibəsində deyib .
Gün ərzində bir litr benzinin qiyməti ucuzlaşıb: “adi” üçün 520-dən 490 dram-a, “premium” üçün isə 550-dən 530 dram-a düşüb.
Ekspert qeyd edib ki, 2023-cü ilin noyabrında Rusiya hökuməti Rusiyadan neft məhsullarının ixracının müvəqqəti məhdudlaşdırılması ilə bağlı sentyabrda qəbul etdiyi qərarı ləğv edib. Düzdür, Rusiya Ermənistana və digər Aİİ üzvü olan ölkələrə kvota ayırdı, lakin buna baxmayaraq, benzin məhdud miqdarda verilirdi. Yeri gəlmişkən, Rusiyadan idxal olunan benzin Ermənistanda bazarın aslan payını tutur.
Noyabrda məhdudiyyətlər götürüldükdən dərhal sonra Ermənistanda benzinin qiymətində niyə ucuzlaşma olmadığını soruşduqda, Davtyan mümkün səbəbi göstərib: daxili bazarda hələ də köhnə qiymətlə idxal olunan yanacaq var və onu satmaq lazımdır.
Lakin qiymətlərin eyni vaxtda və eyni dərəcədə ucuzlaşması həmsöhbətimizin diqqətindən yayınmayıb.
“Mən dəfələrlə demişəm ki, Ermənistanın neft məhsulları bazarı bir növ kartel prinsipi əsasında fəaliyyət göstərir, yəni monopolistlər olmasa da, qiymət siyasəti ilə bağlı müəyyən daxili şərtlər var”, - Davtyan bildirib.
O, bazarda deflyasiyanın davam edəcəyinə inanır.
"Xüsusən də Rusiyada ixrac məhdudiyyətlərinin götürülməsini və amortizator mexanizminin yenidən işə salınması qərarını nəzərə alaraq, hesab edirəm ki, yaxın aylarda benzinin qiyməti ucuzlaşmaqda davam edəcək. İlkin hesablamalara görə, yaz aylarında 450-430 dram diapazonunda qiymətlər gözləyirik”, - deyə o proqnozlaşdırıb.
Rusiya hökumətinin amortizatorla bağlı qərarı Rusiyadan neft məhsulları ixrac edən şirkətlərə, xüsusən də “Rosneft”ə xarici bazarlarda çevik siyasət yürütməyə imkan verdi ki, bu da ixrac qiymətlərinin formalaşmasına birbaşa təsir etdi.
Tural