Çin “panda diplomatiyası” adlı proqram çərçivəsində pandaları 20-dən çox ölkəyə icarəyə verir.
Publika.az xəbər verir ki, pandalar uzun illərdir ki, digər dövlətlərlə dostluğun möhkəmləndirilməsi, ölkənin imicinin yaxşılaşdırılmasında böyük rol oynayır.
Pekinin Vaşinqtonla 1972-ci ildə başlayan "panda diplomatiyası" Çin-ABŞ münasibətlərinin pisləşməsi ilə dayanıb.
Amma bu yaxınlarda Çin prezidenti Si Cinpin “Çin və Amerika xalqları arasında dostluq elçisi kimi yenidən ABŞ-a panda göndərə bilərik” deyib.
ABŞ-ın onun bu çağırışına reaksiyası bəlli deyil.
Roza Şəfi